17:20 06.10.2015 547

"Xəzər Lənkəran" futbolçularını cəzalandıracaq

Premyer Liqanın VII turunda "Xəzər Lənkəran"ın "Qəbələ"yə 0:6 hesablı məğlubiyyətinin səbəbi araşdırılacaq. Bu barədə "Report"a cənub komandasının baş məşqçisi Yunis Hüseynov məlumat verib.

O bildirib ki, həmin görüş analiz ediləcək və oyunda daha böyük səhv edən futbolçular cəzalandırılacaq: "Hamı gördü ki, həddən artıq zəif çıxış etdik. Oturub analiz edəcəyik. Harada səhvlər buraxdığımızı, niyə bu hesabla uduzduğumuzu araşdıracağam. Ondan sonra da kimlərin səhvi böyükdüsə cəzalandıracağam. "Qəbələ" ilə hələ ikinci dövrədə oyunumuz var. İnşallah, həmin oyunda elə bu uşaqlarla yaxşı nəticə verəcəyik. Elə bax, bu uşaqlarla 0:6 hesablı məğlubiyyətin əvəzini çıxacağıq. Yaxşı oynayıb, əvəzini çıxmaq lazımdı".

Qəbələ səfərində nələrin baş verdiyini anlamayan 50 yaşlı mütəxəssisin sözlərinə görə, məsələ məğlubiyyətdə yox, komandanın əvvəlki turlardakı kimi mübariz oyun sərgiləyib, var güclərini meydanda qoymamalarındadı: "Razıyam, gəncdirlər, təcrübələri o dərəcədə deyil. Demirəm ki, "dağıdacaqlar", əla oynayacaqlar, çempionatda yüksək yerlərdən birini tutacaqlar. Söhbət ondan getmir. Məsələ burasındadı ki, əvvəlki 6 turda nə isə alınmasa belə, mübariz oyun sərgiləyiblər, var güclərini meydanda qoyublar. Amma "Qəbələ" ilə qarşılaşmada nə baş verdiyini hələ də anlaya bilmirəm. Meydanda mübarizlik yox idi. Ən əsası, uşaqlarda döyüşkənlik görmədim. Uduzmaq olar. Mən demirəm ki, hazırkı heyətlə "Qəbələ"ni mütləq udmalıyıq. Bu futboldu. Uda da, uduza da bilərdik. Mübarizliyi, döyüşkənliyi görmədiyimdən əsəbiləşdim".

Hüseynov Dodonun "ağ-yaşıllar"ın qapısından 8-ci saniyədə keçirdiyi qoldan da danışıb. Təcrübəli mütəxəssis bu qolun oyunda qırılma nöqtəsi olduğunu deyib: "Gənc futbolçulardı. Təcrübəli olsaydılar, özlərini toparlaya, bu qoldan sonra oyunun axarını dəyişə bilərdilər. "Qəbələ" Avropa Liqasının qrup mərhələsində oynayan komandadı. Əlbəttə, 8-ci saniyədə buraxılan qol qırılma nöqtəsi oldu. Amma bir şey də var ki, niyə 8-ci saniyədə top buraxmalısan? O da var axı... Bunların hamısını araşdırmaq lazımdı. İnşallah, baxıb analiz edəcəyik".

Sonda baş məşqçi bildirib ki, maliyyə məsələsi bağlı komandada heç bir problem yoxdur və hərə vaxtlı-vaxtında öz maaşını alır. 

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X