"Qəbələ"nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasının düşərgəsində zədələnib. Fanat.az xəbər verir ki, çiynindən zədə alan 27 yaşlı hücumçu AVRO-2016-nın qalan seçmə matçlarında yığmaya kömək edə bilməyəcək.
Eyni səbəbdən Sead Kolaşinats və Tino-Sven Suşiç də millidən kənarda qalıb. Hələlik onların yaşıl meydanlardan nə qədər uzaq qalacaqları bilinmir.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində B qrupunda yer alan Bosniya və Herseqovina millisi oktyabrın 10-da evdə Uelslə, oktyabrın 13-də isə səfərdə Kiprlə qarşılaşacaq. Komandaya "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də çağırılıb.//"Report"
Fanat.az