13:41 14.10.2015 1351

PFL əməkdaşı müəllifi olduğu kitabdan danışdı

Peşəkar Futbol Liqasının baş mühasibi Xalid Cəfərovun müəllifi olduğu Mühasibat uçotu (yeni hesablar planı) kitabı işıq üzü görüb. Fanat.az xəbər verir ki, kitabda Mühasibat uçotunun yeni hesablar planı (xalq arasında 3 rəqəmli hesablar planı) üzrə bütün mühasibat müxabirləşmələri (provodkaları) geniş şəkildə izah edilib, mühasibatlığı öyrənmək istəyən insanlar üçün misallar üzrə praktiki məşğələlər verilib və geniş şəkildə izah edilib.


Kitabın üstünlüyü ondan ibarətdi ki, Yeni hesablar planı geniş şəkildə araşdırılıb və günümüzdə köhnə hesablar planından (2 rəqəmli hesablar planı) imtina edilərək ən çox tələb olunan Mühasibatlığın Yeni hesablar Planı üzrə işləmək istəyən insanlar üçün konkret məlumatlar öz əksini tapıb. 


Yeni kitabla bağlı Xalid Cəfərovun fikirlərini öyrəndik. PFL rəsmisi ilə söhbətə lap əvvəldən başldıq: “1981-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşam. İbtidai təhsilimi kənd məktəbində almağa başlamışam. 1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalından sona ailəmlə birlikdə Bakıya köçməyə məcbur olmuşuq. Təhsilimi Bakıdakı 220 saylı məktəbdə davam etdirmişəm. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər və Marketinq fakültəsinə daxil olmuşam. Universitetdə təhsil alarkən aktiv tələbə kimi seçildiyimdən həmin fakültənin Tələbə-Elmi Cəmiyyətinin sədr müavini kimi fəaliyyət göstərmişəm. 2002-ci ildə bakalavr dərəcəsi ilə universiteti bitirdikdən sonra həmin il Magistraturaya daxil olmuşam. Magistraturada da aktiv elmi fəaliyyət ilə məşğul olmağa davam etmişəm və 2004-cü ildə İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. 


Magistraturada təhsil aldığım zaman magistr elmi işi kimi "Çin Xalq Respublikası ilə Azərbaycan Respublikasının qarşılıqlı iqtisadi əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri" mövzusu üzrə magistr-elmi işi üzərində işləmişəm. Bu işdə elmi rəhbərim və universitetimizin müəllimi Rasim Həsənov mənə çox köməklik etmişdi. Hətta onun təklifi və təkidi ilə Çin Xalq Respublikasında Aspiranturada oxumaq gündəmə gəlsə də, bəzi problemlər səbəbindən bu plan baş tutmayıb. Lakin həmişə aspirantura bitirmək və iqtisad elmlər namizədi adı almaq arzusundayam”.


Cəfərov bildirdi ki, futbol sahəsinə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin dəvəti ilə gəlib: “2005-2006-cı illərdə həqiqi hərbi xidmət keçdikdən sonra 2006-cı ildən Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş Departamentində və daha sonra həmin fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentində kiçik dövlət qulluqçusu olaraq baş məsləhətçi kimi maliyyə fəaliyyəti ilə məşğul olmuşam. 2008-ci ilin iyun ayında Peşəkar Futbol Liqası yarandıqda Ramin Musayevin təklifi ilə PFL-nin maliyyə şöbəsində mühasib kimi işləməyə başlamışam. 2009-cu ilin fevral ayından isə bu qurumun baş mühasibi kimi fəaliyyət göstərirəm”.


Kitab müəllifi iş vaxtından sonra da bu sahə ilə məşğuldur: “Əsasən işdən sonra tədris kurslarında mühasibat uçotu üzrə dərs deməyi sevirəm. Çünki tələbələrlə işləməyi, biliklərimi onlarla bölüşməyi xoşlayıram. PFL əməkdaşı kitabın yaranma ideyasından da bəhs etdi: “Bu kitabın yaranmasında ilk dəfə mənə mühasibatlığı oyrətmiş, gözəl insan və çox təcrübəli maliyyəçi olan Zərqələm xanım Əsgərovanın çox böyük əməyi var. Bir dəfə tədris kursunda dərsdən sonra mənə belə bir təklif etdi ki, bəlkə bu cür bir nəşr hazırlayaq? Çünki respublikamızda mühasibat sahəsində Milli Mühasibat Uçotuna keçildiyi halda bu barədə nəşrlər azlıq təşkil edir. Bəzən tələbələr və ya mühasibatlığı öyrənmək istəyən insanlar konkret məlumatlar tapıb oxuya bilmirlər. Düzdür bəzi nəşrlər mövcud olsa da tam məlumat almaq olmur. Bizim kitabda isə Milli Mühasibat Uçotunun Hesablar Planı üzrə necə deyərlər A-dan Z-yə hər bir məlumatı tapıb oxumaq olar və əminəm ki, bu kitab mühasibatlığı öyrənmək istəyən hər bir kəs üçün faydalı olacaq”. 





Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X