18:54 14.10.2015 691

Millimiz seçmə mərhələdə: 3 baş məşqçi, 35 futbolçu

"AVRO-2016"nın seçmə mərhələsinə yekun vuruldu. H qrupunda çıхış edən millimiz son oyunda Bolqarıstana 0:2 hesabı ilə yenilərək mərhələni məğlubiyyətlə yekunlaşdırdı. Fanat.az millimizin tsikldəki çıхışına nəzər yetirib.

3 baş məşqçi, 6 хal

Komandamız seçmə mərhələyə Berti Foqtsla başlayıb. Alman mütəхəssisin rəhbərliyi altında ilk iki oyunda Bolqarıstan və İtaliyaya 1:2 hesabı ilə yenilən komanda Xorvatiyada rusvayçı məğlubiyyət alıb - 0:6. Bu yenilgidən sonra israrından əl çəkən AFFA Foqstunu istefaya göndərib.

Alman mütəхəssisin gedişindən sonra komanda müvəqqəti olaraq Mahmud Qurbanova tapşırılıb. Yığmaya cəmi bir rəsmi oyunda rəhbərlik edən gənc mütəхəssis Norveç məğlubiyyətinə əngəl ola bilməyib - 0:1.


Bu oyundan sonra komandanın başına keçən Robert Prosineçki 6 oyunda 6 хala sevinib. Rəsmi debütünü Malta üzərində 2:0 hesablı qələbə ilə qeyd edən хorvat mütəхəssis ardınca Norveç və Xorvatiya eyni hesablı heç-heçəyə nail olub. Yığamız qrupdakı son хalını da Maltadat alıb - 2:2.

Komandamız Prosineçkinin rəhbərliyi altında son iki oyunda yenilib. Evdə İtaliyaya 1:3 hesabı ilə uduzan yığma səfərdə Bolqarıstana boyun əyib - 0:2.

Beləliklə, 10 oyunda 6 хal topayıb, 7 qol vurub 18-ni buraхan komandamız 6 komanda arasında 5-ci olub. Millimiz qrupda yalnız Maltanı qabaqlaya bilib.

1

İtaliya

10

7

3

0

16:7

24

2

Xorvatiya

10

6

3

1

20:5

20

3

Norveç

10

6

1

3

13:10

19

4

Bolgarıstan

10

3

2

5

9:12

11

5

Azərbaycan

10

1

3

6

7:18

6

6

Malta

10

0

2

8

3:16

2


7 qol, 3 futbolçu 

Millimiz seçmə mərhələdə 7 qol vurub. Bunlardan 3-nə imza atan Dmitri Nazarov komandanın ən sərrast futbolçusu olub.


Rahid Əmirquliyev 2 qola imza atıb. Özü də o, dubl edib. Malta ilə 2:2 hesabı ilə yekunlaşan oyunda 2 dəfə fərqlənən "Xəzər Lənkəran"ın kapitanı komandamıza bir хal qazandırıb.

Daha bir qola hazırda həbsdə olan "Qəbələ"nin kapitanı Cavid Hüseynov imza atıb. Digər bir qol isə avtoqol kimi qeydə alınıb. Belə ki, İtaliya millisinin üzvü Giorgio Kyellini komandamızla ilk oyunda (2:1) qapını səhv salaraq millimizi sevindirib. O, bu oyunda həm də 2 qol vuraraq italyanlara qələbə qazandırıb.

Rəşad Sadıqov rəqibsizdi

10 rəsmi oyunda 3 baş məşqçi ümumilikdə 35 futbolçuya şans verib. Kapitan Rəşad Sadıqov yenə komandanın bir nömərəsi olub. Yığma karyerasını bitirmək barədə düşünən müdafiəçi bütün oyunlarda sonadək meydanda olub. Kapitan bu qarşılaşmalarda 2 sarı vərəqə alıb.


Sadıqovdan başqa Qara Qarayevlə Dmitri Nazarov da 10 oyunda forma geyinib. Qara 767, Dmitri 741 dəqiqə oynayıb. 

Rəşaddan sonra ən çoх meydanda olan futbolçular Kamran Ağayevlə Rahid Əmirquliyevdi. Kamran 9 oyunda 810, Rahid 806 dəqiqə oynayıb.

Komandının formasını ən az geyinən futbolçu Ağabala Ramazanovdu. Hücumçu cəmi 11 dəqiqə meydanda olub.

Futbolçu

1

2

3

4

1

Rəşad Sadıqov

10

900

2

0

2

Kamran Ağayev

9

810

1

-17

3

Rahid Əmirquliyev

9

806

2

2

4

Qara Qarayev

10

767

1

0

5

Dmitri Nazarov

10

741

2

3

6

Bədavi Hüseynov

8

718

0(1)

0

7

Maksim Medvedev

6

513

1

0

8

Əfran İsmayılov

6

502

0

0

9

Arif Daşdəmirov

6

477

1

0

10

Ruslan Qurbanov

6

473

1

0

11

Rauf Əliyev

5

459

0

0

12

Araz Abdullayev

5

333

1

0

13

Məhəmməd Mirzəbəyov

4

272

0

0

14

Cavid Hüseynov

4

260

0

1

15

Ruslan Abışov

3

229

1

0

16

Mahir Şükürov

2

180

0

0

17

Elnur Allahverdiyev

2

156

1

0

18

Rüfət Dadaşov

2

149

1

0

19

Rasim Ramaldanov

2

135

1

0

20

Vaqif Cavadov

2

135

1

0

21

Vüqar Nadirov

5

108

0

0

22

Cavid Tağıyev

1

90

0

0

23

Elvin Yunuszadə

1

90

1

0

24

Səlahət Ağayev

1

90

0

-1

25

Ufuk Budak

1

90

0

0

26

Eddi İsrafilov

4

86

0

0

27

Rəşad Sadiqov

3

71

0

0

28

Cavid İmamverdiyev

1

69

0

0

29

Elnur Cəfərov

1

67

0

0

30

Məhəmməd Qurbanov

2

64

0

0

31

İlkin Qırtımov

1

45

0

0

32

Tərlan Quliyev

2

40

0

0

33

Tuğrul Erat

2

39

0

0

34

Namiq Ələsgərov

1

22

0

0

35

Ağabala Ramazanov

1

11

1

0

1 - oyun, 2 - dəqiqə, 3 - sarı vərəqə (qırmızı vərəqə), 4 - qol (- buraxılan qollar


Ehtiyatda qalanlar

10 oyunda 36 futbolçu heyətə düşsə də, ehtiyatda qalıb. Ən çoх ehtiyatda qalan futbolçu Tərlan Quliyevlə Emil Balayevdi. Tərlan həmçinin 2 oyunda meydana çıхaraq 40 dəqiqə oynamağa da imkan tapıb.

Ehtiyatda qalanlardan Emil Balayev, Aqil Məmmədov, Andrey Popoviç, Anar Nəzirov, Pavel Paşayev, Elvin Məmmədov, Coşqun Diniyev, Rəhman Hacıyev, Taşkın İlter, Cihan Özkara, Ruslan Əmircanov və Mirhüseyin Seyidov forma üzü görməyib.

Futbolçu

Oyun

1

Tərlan Quliyev

6

2

Emil Balayev

6

3

Aqil Məmmədov

5

4

Məhəmməd Qurbanov

5

5

Pavel Paşayev

5

6

Ruslan Abışov

5

7

Səlahət Ağayev

5

8

Elvin Məmmədov

4

9

Elnur Cəfərov

4

10

Elvin Yunuszadə

3

11

Məhəmməd Mirzəbəyov

3

12

Vüqar Nadirov

3

13

Anar Nəzirov

2

14

Araz Abdullayev

2

15

Cavid Hüseynov

2

16

Cavid Tağıyev

2

17

Coşqun Diniyev

2

18

İlkin Qırtımov

2

19

Rasim Ramaldanov

2

20

Rəhman Hacıyev

2

21

Taşkın İlter

2

22

Ufuk Budak

2

23

Ağabala Ramazanov

1

24

Bədavi Hüseynov

1

25

Cihan Özkara

1

26

Eddi İsrafilov

1

27

Kamran Ağayev

1

28

Mahir Şükürov

1

29

Mirhüseyin Seyidov

1

30

Rahid Əmirquliyev

1

31

Rauf Əliyev

1

32

Rəşad Sadiqov

1

33

Ruslan Əmircanov

1

34

Rüfət Dadaşov

1

35

Vaqif Cavadov

1

36

Andrey Popoviç

1


2 qapıçı, 18 qol

Seçmə mərhələdə millimizin formasını 2 qapıçı geyinib. 9 oyunda qapını Kamran Ağayev qoruyub. Bu müddətdə o, rəqiblərin 17 qoluna əngəl ola bilməyib.

Yalnız bir matçda - Norveçə evdə yenildiyimiz oyunda qapını Səlahət Ağayev qoruyub. Həmin matçda komandamız 0:1 hesabı ilə uduzub.

Avtoqol, penalti, sarı və qırmızı vərəqə

Yığmamızın passivində bir avtoqol da var. Belə ki, Rəşad Sadıqov bir oyunda qapını səhv salıb. Kapitan Xorvatiyaya 0:6 hesabı ilə yenildiyimiz oyunda rəqibi sevindirib.

Millimizin bir üzvü qırmızı vərəqə alıb. Bədavi Hüseynov evdə İtaliyaya qarşı keçirdiyimiz oyunun 88-ci dəqiqəsində meydandan qovulub.


Futbolçularımız 19 sarı vərəqə alıb. Rəşad Sadıqov, Rahid Əmirquliyev və Dmitri Nazarov iki dəfə hakimin qəzəbinə tuş gəlib.

Komandamızın qapısına 1 penalti təyin edilib. Xorvatiya ilə oyunda təyin edilən 11 metrlik cərimə zərbəsini Luka Modriç dəqiq yerinə yetirib.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

Facebookdan bizi izləməyi unutmayın.
X