16:30 16.10.2015 721

Fariz Nəcəfov azarkeşlərdən kömək istədi

“Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov “Qəbələ İK”ya müsahibə verib. Klub rəsmisi komandanın son dövrlər həm avrokuboklarda, həm də Azərbaycan çempionatında ugurlu çıxısına toxunub. Qazanılan ugurlarda azarkeslərin xüsusi rolunu qeyd edən Nəcəfov “Qəbələ”nin ev oyunlarında tamasaçı azlıgından narahatlıgını da dilə gətirib. Futbolun azarkeslər üçün oynanıldıgını vurgulayan klub rəsmisi stadionumuzda izdiham, azarkes sıxlıgı, dəstək görmək istədiyini deyib.

- Bu il klub 10 illik yubileyini qeyd edir. Komanda yubiley ilinə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla töhfə verdi. Qrup mərhələsinin ilk iki oyunundan sonra komandanın çıxışını necə dəyərləndirirsiz?
- Avrokuboklarda asan rəqib olmur. Bizim qarşılaşdığımız bütün komandalar böyük tarixə malik klublar olub. Belə rəqibləri keçib, qrupa düşməyimiz bizi sevindirir. Qazanılan bu uğuru bir və ya bir neçə nəfərin adı ilə bağlamaq düzgün olmazdı. “Qəbələ”nin əldə etdiyi nəticələrdə klubun prezidenti Tale Heydərovdan başlayaraq, stadionun ot örtüyünə cavabdeh olan əməkdaşlarına qədər hər kəsin əməyi var. Qazanılan ümumi uğurda daha böyük yük baş məşqçi və futbolçuların üzərinə düşür.

- Tarixində ikinci dəfə avrokuboklara qatılsa da, qrup mərhələsinədək irəliləyən “Qəbələ”nin qitəmiqyaslı turnirdə vəzifəsinin öhdəsindən gəldiyini söyləmək olar?
- Qrup mərhələsinə yüksəlməklə vəzifənin öhdəsindən tam gəldiyimizi söyləməzdim. Daha böyük uğur qazanmağımız mümkündür. 1/16 finala adlaya bilərik və bunun üçün mübarizə aparacağıq. Məşqçi və futbolçularımızla söhbətdə də qazanılanla kifayətlənməli olmadığımızı deyirəm. Qrupda keçirdiyimiz ilk iki matç da bunu göstərdi. Həmin qarşılaşmalarda bərabər mübarizə apardıq, hətta qələbə də qazana bilərdik. Növbəti görüşdə Almaniya “Borussiya”sını qəbul edəcəyik. Oyunun ağır keçəcəyini bilirik. Lakin öz meydanımızda oynadığımızdan özümüzü sübut edib, nəticə qazanmağımız da mümkündür.

- Komanda qrupdakı ev oyunlarını Qəbələdə deyil, Bakıda keçirir. Klubun doğma şəhərdə bütün tələblərə cavab verən stadionunda oynaması üçün yeni arenanın inşası nəzərdə tutulmuşdu. Bu istiqamətdə hansı addımlar atılıb?
- Yeni stadion inşa etməyi planlaşdırırdıq. Bunun üçün sahə də ayrılmışdı. Həmin arenanın layihəsi də var. Amma şəhər əhalisinin ümumi sayını və ev oyunlarına gələn tamaşaçı sayını nəzərə alıb, hazırkı stadionu modernləşdirməyə qərar verdik. Bu arenanı elə səviyyəyə çatdırmaq istəyirik ki, komandamız qarşıdakı 5 ildə də burada çıxış etsin. Bir müddət əvvəl bu məsələylə bağlı memarlarla müzakirələr aparıb, belə qənaətə gəldik ki, daha bir tribuna tikib, arenadakı oturacaqların sayını artırmaq mümkündür. Bu işlər görüldükdən sonra Qəbələ şəhər stadionunun tutumu 8000-ə çatacaq. Nəticədə indiki arenamız avrokubok matçlarının da keçirilə biləcəyi müasir stadiona çevriləcək.

- Komandanın ev oyunlarına gələn azarkeş sayına toxundunuz. Avrokubok qarşılaşmaları ilə müqayisədə Premyer Liqada keçirilən 4 ev oyunundakı göstəricilərin yüksək olmaması haqda nə düşünürsüz?
- Futbol azarkeşlər üçün oynanılır. Azarkeşlərin stadionda yaratdıqları atmosfer futbolçuları ruhlandırır, onları uğura səsləyir. Arenaları və oyunları daha cəlbedici edən də azarkeşlərdir. Təəssüf ki, son qarşılaşmalarda bunu görmürük. Doğrudur, “Xəzər Lənkəran”la ötən turun oyununda güclü yağış da öz sözünü dedi. Amma ümumilikdə, stadionumuzda arzuladığımız mənzərənin şahidi ola bilmirik. “Qəbələ”nin bütün azarkeşlərini stadiona dəvət edirik. Nəzərə almaq lazımdır ki, avrokuboklara gedən yol məhz ölkə çempionatından və kubokundan keçir. Daxili turnirlərdə uğur qazanmasaq, avrokuboklarda iştirakımız da mümkünsüz olacaq. “Qəbələ”nin var olmasının, uğur qazanmağa çalışmasının başlıca səbəbi məhz azarkeşlərdir. Tərəfdarlarımızı hər zaman yanımızda görmək istəyirik. Stadionumuzda izdiham, azarkeş sıxlığı, dəstək görmək istəyirik. Stadionumuz böyük, müasir və dünya standartlarına uyğun olsa da, azarkeşlərsiz bunun heç bir mənası yoxdur. Qəbələnin belə bir komandasının olması ilə fəxr etmək, qürur duymaq lazımdır. Azarkeşlər arenaya gəlib, oyunlarımızı izləyib, zövq alsınlar. Komandanın azarkeşlərə hər zaman ehtiyacı var.

- “Qəbələ” ardıcıl iki mövsüm bürünc medal qazandığı Premyer Liqada liderlər qrupunda qərarlaşıb. Komandamızın çempionatın arxada qalan hissəsindəki çıxışı barədə nə düşünürsünüz?
- Hələ mövsümün birinci dövrəsinə yekun vurulmayıb. İndidən nəsə söyləmək tezdir. Amma start göstərdi ki, “Qəbələ” mövsümün iddialı komandalarından biridir. “Qarabağ”, “İnter”, “Neftçi”, həmçinin, debütant olmasına baxmayaraq, mövsümə yaxşı başlayan “Zirə”ni də qeyd etməliyəm. Bütün rəqiblərə hörmətlə yanaşıb, hər qarşılaşmaya qələbə əzmi ilə çıxmağımız çox vacibdir. Çempionatda zəif komanda yoxdur. Elə bu səbəbdən hər matça maksimum köklənib, layiq olduğumuz nəticəni qazanmalıyıq.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:20

Azərbaycanın U-18 yığması AÇ-niun pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X