Roman Qriqorçuk "Neftçi" ilə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi bunları deyib:
“Mən futbolçulardan çox razıyam. Oyunçular sona qədər oynadılar və inandılar. Mən istənilən hesabla razılaşacaqdım. Tablodakı hesab sənin oyununun nəticəsidi. İlk hissədə çox sayda qol epizodlarımız oldu. Hesab böyük ola bilərdi, amma qollar vura bilmədik. İkinci hissədə bunu bacardıq. Futbolçulara təşəkkür edirəm. Mən son vaxtlar adımın Ukrayna yığması ilə hallanmasını oxuyuram. Mənə çoxlu zənglər gəlir. Mənim buna, sadəcə, şərhim yoxdu”.
Fanat.az