20:22 18.10.2015 435

"Borussiya"nı 5:0 udmaq zarafat kimi görünür" - Roman Qriqorçuk

"Qəbələ" klubunun baş məşqçisi Roman Qriiqorçuk Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə oyun öncəsi azarkeşlərlə görüşə qatılıb. Fanat.az xəbər verir ki, tədbirin ardından təşkil olunan brifinqdə ukraynalı mütəxəssis əvvəlcə Azərbaycan xalqını 18 oktyabr - Müstəqillik günü münasibətilə təbrik edib:

- Bu gün çox əlamətdar gün, böyük bayramdı. Fikrimcə, bu, çox ciddi bayramdı, Müstəqillik günüdü. Böyük məmnuniyyətlə Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm. Hamıya ən xoş arzularımı bildirirəm. Azarkeşlərə gəldikdə, bu tədbir tez-tez birgə olmağımız, stadionda daha çoxinsanı görməyimiz üçündür. Futbolu biz yalnızi nsanlar üçün oynayırıq. Fürsətdən istifadə edərək, azarkeşləri Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə oyuna dəvət edirəm. Deyə bilərəm ki, bu, oyundan da üstündü. Bu, ümumilikdə Azərbaycan futbolu üçün çox əlamətdar hadisədr. Bu, "top-klub"la Avrokubok oyunudu. Fikrimcə, maraqlı qarşılaşma olacaq. Çağırış və xahiş edirəm ki, hamı stadiona gəlsin. Sizin üçün böyük bayram etməyə çalışacağıq.

- Yenə 5:0 hesablı qələbə arzusu qüvvədədi?
- 5:0 hesablı qələbə arzusu daim var, hər zaman bunu istəyirik. Başa düşürük ki, hazırda bu, zarafat kimi görünür. Amma inanıram ki, "Qəbələ"nin bütün səviyyəli yarışlarda 5:0 hesablı qələbə qazanacağı dövr yetişəcək.

- Ukrayna yığmasına baş məşqçi təyin olunacağınız barədə xəbərlərə münasibətiniz necədi?
- Hər zaman belə suallara "Şərhsiz" cavabını verirəm. Çünki öz klubuma, onun rəhbərliyinə və komandama böyük hörmətlə yanaşıram. Hətta daha çox şeyi deyəcəyəm: Hazırda "Qəbələ"ni çox sevirəm. Bütün səylərim, fikirlərim "Qəbələ" ilə birgə yüksək nəticələr əldə etməyə yönəlib.

- "Borussiya" ilə matçda sürprizə, sensasiyaya imza atmaq üçün nələr baş verməlidi?
- Bunun üçün böyük qələbəyə lazım olan kompleks işlər görülməlidi. İlk növbədə, bunu edə biləcəyimizə inanaraq meydana çıxmalıyıq. Əlbəttə, real danışsaq, belə klub üzərində qələbə qazanmaq üçün oyulun 22-si bizim günümüz olmalıdı. Heç vaxt oynamadığımız futbol sərgiləməliyik. Oyuna mövcudluğumuzdan artığını qoymalıyıq. Əlbəttə, uğur da bizim tərəfimizdə olmalıdır. Bunsuz böyük uğurlar olmur.

- Ukrayna millisi "AVRO"2016-nın "pley-off" mərhələsində Sloveniyaya rəqib oldu. Əvvəllər bu komandalar dünya çempionatının "pley-off" mərhələsində görüşmüş və həmin vaxt Sloveniya qalib gəlmişdi. Sizcə, indi Ukraynanın intiqam alma şansları var?
- Əvvəla, hamının şansları təqribən bərabərdi. Ukrayna - Sloveniya cütünə gəldikdə, hər iki komandanın final mərhələsinə yüksəlmə şansı var. Mən öz ölkəmin yığmasına azarkeşlik edirəm. Arzu edirəm ki, "AVRO-2016"ya məhz Ukrayna yüksəlsin. Ukrayna kimi futbol ölkəsi daim Avropa və dünya çempionatlarında olmalı, belə mötəbər yarışlara necə vəsiqə qazanmaq üzərində düşünməməlidi. Belə hesab edir və buna inanıram. Çünki Ukrayna ən yaxşı yerləri tutmağa layiqdir və lazımi resursa da malikdi.("Report")

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X