12:24 19.10.2015 578

"Qəbələ"nin qrupdan çıxmaq şansı var"

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” və “Qarabag”ın oyunları milli komandamızın məsqçilərinin də diqqət mərkəzindədi. Millinin bas məsqçisi Robert Prosineçkinin istəyi ilə ilə köməkçiləri bu klubların həm çempionat, həm də avrokubok matçlarında şəxsən istirak edirlər.


“Qəbələ”nin Krasnodarda keçirdiyi oyunu Prosineçkinin köməkçilərindən olan Elxan Abdullayev izləyib. Yeri gəlmişkən, 45 yaşlı mütəxəssis təsnifat mərhələsində “Qəbələ”nin Tiflisdə “Dinamo”yla, Cənubi Kiprdə isə “Apollon”la oyunlarına da tamaşa edib.


Millinin sabiq baş məşqçiləri - braziliyalı Karlos Alberto Torres və almaniyalı Berti Foqstun da köməkçisi olmuş Abdullayev “Qəbələ İK”ya müsahibəsində “Qəbələ”nin, komandanın millidəki təmsilçiləri, eləcə də, "AVRO-2016"nın seçmə mərhələsinin yekunları barədə fikirlərini bizimlə bölüşüb.


“Krasnodar"ın oyununun tam alınmasına "Qəbələ" imkan vermədi”


- Avropa Liqasının qrup mərhələsində eyni vaxtda iki təmsilçimizin mübarizə aparması çox yaxşı haldı. Qrup mərhələsinin ikinci turunda “Qarabağ” kimi “Qəbələ” də qalib gələ bilərdi. Təəssüf ki, Krasnodarda istəyimizə nail ola bilmədik. “Qarabağ” 6 ildi Avropa Liqasında çıxış edir, ötən mövsüm də qrup mərhələsinə düşmüşdü. Bu komandanın sabit heyəti var, futbolçuları uzun müddətdi bir yerdə oynayır. “Qəbələ” isə Avropa Liqasında gənc komandadı, qrupun debütantıdı. Hər halda, komandanın hesabında xal var və bunu qrup mərhələsinin ilk oyununda qazanıb.


- Ümumiyyətlə, “Qəbələ”nin Avropa Liqasında çıxışını necə dəyərləndirərdiz?

- Bu başdan qeyd edim ki, “Qəbələ”nin qrup mərhələsinə düşməsi artıq böyük uğurdu. Həm də komandanız bu mərhələyədək güclü rəqiblərlə mübarizədən qalib ayrılıb. Avropa meydanlarında böyük təcrübəyə malik "Apollon” və “Panatinaikos” kimi komandaları mübarizədən kənarlaşdırmasını, xüsusi qeyd edərdim. Onu da unutmayın ki, həmin vaxt yerli çempionat start götürmüşdü və “Qəbələ” sıx qrafikdə oynamalı olurdu.


- “Krasnodar”la oyun haqqında nə deyə bilərsiz?

- “Qəbələ” ikinci hissəni ilk yarıdan qat-qat yaxşı oynadı. Fasilədən sonra komandamız böyük ərazi üstünlüyünə malik idi. Daha çox hücum edən tərəf biz idik, çoxlu qol imkanımız oldu. Hətta 2 dəfə rəqib qapısına yol tapsaq da, hakim qolları saymadı. Rəşad Sadiqovun tirdən qayıdan zərbəsi yaddaqalan oldu. Təəssüf ki, bu üstünlük oyunun nəticəsində əksini tapmadı. “Krasnodar”ın heyətində həm Rusiya, həm də digər ölkələrin yığmalarına cəlb olunan 8 futbolçu çıxış edir. Bu matçda qələbə topunu vuran Fyodr Smolov Rusiya millisinin hücumçusudu. “Krasnodar”dakı braziliyalılar da tanınmış futbolçulardı. Belə güclü heyəti olan rəqibə qarşı oynamaq və hətta bəzi epizodlarda onları üstələmək asan məsələ deyil. Həmin gün “Krasnodar”ın oyunu tam alınmadı. Çünki buna “Qəbələ” imkan vermədi. Şəxsən mən komandamızın oyunundan razı qaldım.


- “Qəbələ”nin qrupdan çıxması realdımı?

- Qrupda güclü komandalar yer alıb. Avropanın ən tanınmış komandalarından olan Dortmund “Borussiya”sı favoritdi. PAOK azarkeş dəstəyi sayəsində doğma meydanında çox güclü oynayır. Yunanlar Almaniya klubundan xal almaqla bunu sübut etdilər. Odu ki, sonadək mübarizə aparmaq lazımdı. Əgər “Qəbələ” özünəməxsus tərzdə çıxış etsə, oyun keyfiyyətini daha da artırsa, növbəti mərhələyə çıxmaq şansını gerçəkliyə çevirə bilər. Niyə də yox? İnanıram ki, komanda xal ehtiyatını artıracaq.


“Vaxt gələcək, onlar da əsas yığmada oynayacaq”


– Millinin məşqçisi olaraq klublarda, o cümlədən, “Qəbələ”də əsas diqqəti yığma üzvlərinə, namizədlərə yönəldirsiz. Onların hazırlıq durumu sizi qane edir?

- Əsas işim milli üzvlərinin oynununu izləyib, onların hazırlıq səviyyəsini diqqətdə saxlamaqdı. “Qəbələ”nin heyətində millinin 4-5 üzvü var. Təəssüf ki, onlar Avropa Liqasında az oynayırlar. Yaxşı olardı ki, azərbaycanlı futbolçulara avrokubok oyunlarında daha çox şans verilsin. Ancaq bu, mənim istəyimdi. Klubun isə öz planları var və buna heç kim qarışa bilməz. Təəssüf ki, “Qəbələ”nin milli üzvlərindən Ruslan Abışovla Vüqar Nadirov sifariş olunmadıqlarından avrokubok matçlarına çıxa bilmirlər. Halbuki, onlar qrup mərhələsi oyunlarında böyük təcrübə qazana bilərdilər.


- “Qəbələ”nin son yerli transferləri - Ruslan Abışov, Vüqar Nadirov və Vaqif Cavadov oldu. Bu futbolçuların “Qəbələ” kimi iddialı kluba keçməsi, güman ki, millinin məşqçilər korpusunu da sevindirdi.

- Klublarda çıxış edən oyunçuların uğurları bizi də sevindirir. Milli üzvünün ehtiyatda qalması isə ürəkaçan hal deyil. Məsələn, Məhəmməd Mirzəbəyov “Qəbələ”də az oynayır. Biz - millinin məşqçiləri onun müntəzəm oynamasını istərdik. Tək Məhəmməddə yox, bütün milli üzvlərində oyun praktikası çox olmalıdı. Milli üzvlərinin hansı klubda oynaması bizim üçün önəmli deyil. Əsas məsələ onların müntəzəm meydançaya çıxmasıdı. Ruslan yenidən “Qəbələ”də çıxış etdiyindən ona dəvət göndərdik və Bolqarıstanla oyunda şans verdik. Vüqarla Vaqif isə hələ ki ehtiyatda qalır. Qeyd edim ki, təkcə onlar deyil, hər bir azərbaycanlı futbolçu milli komandaya namizəddi.


- Əsas heyət oyunçusu - gənc müdafiəçi Ürfan Abbasov sentyabrda Xorvatiya və Maltayla oyunlar öncəsi milliyə çağırılsa da, sonradan heyətdən kənarlaşdırıldı. 20 yaşlı yarımmüdafiəçi Elvin Camalov isə Prosineçkinin vaxtında milliyə mütəmadi dəvət alsa da, hələ rəsmi debüt etməyib.

- Elvin U-21-də çıxış edir, bütün matçlarda oynayır. Hələ gəncdi, zamanı gələndə əsas yığmada da oynayacaq. Biz hər bir futbolçunu izləyirik. Elə oyun yoxdu ki, millinin məşqçiləri onu izləməsin. Hər bir futbolçu haqda məlumatımız var. Ürfanı çağırmışıqsa, deməli, onun potensialını görürük. Heyətlə bağlı son qərarı baş məşqçi verir. Vaxt gələcək, Abbasov da millidə çıxış edəcək. Prosineçki dəvət edibsə, deməli, o, Ürfanı diqqətdə saxlayıb.


- Milli komandamız üçün daha bir seçmə mərhələ arxada qaldı. Yekunda bu barədə nə deyərdiz?

- İtaliya yığmasıyla matç tarixi oyun oldu. İlk dəfə Olimpiya stadionunda futbol matçı keçirildi. İtaliyayla matçda məqsədimiz Xorvatiya ilə matçda olduğu kimi azarkeşləri öz oyunumuzla, nəticəylə sevindirmək idi. Bolqarıstan yığması da bizim kimi final mərhələsinə düşmək şansını itirdiyindən, nəticə baxımından gərgin olmayan bir matç oldu. Prosineçkinin gəlişindən sonra milli komandamızda irəliləyiş hiss olunur. Ancaq sabiq baş məşqçi Berti Foqstun dövründə ilk 4 oyunda xal qazanmamaq bizi geri saldı. Gərək növbəti seçmə mərhələdə daha yaxşı çıxış edək, nəticə verək.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X