"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında iştirak edən ukraynalı futbolçu bunları deyib:
"Rəqibimizin kim olmasından asılı olmayaraq, istənilən futbolçu ilə məsləhətləşməyə, kömək etməyə hazıram. "Borussiya" ilə qarşılaşmaya da yaxşı hazırlaşmışıq. Rəqibin oyununu analiz etmişik. Amma əsas sabah meydanda nümayiş etdirəcəyimiz oyundu.
Azarkeşlərimizi nəzərə alsaq, düşünürəm ki, bizi dəstəkləyəcəklər. Çalışacağıq ki, qalib gələk. Təbii ki, çətin oyun olacağını qeyd etməliyəm.
Fanat.az