Adil Şükürov "Qəbələ" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi bunları deyib:
"Qazandığımız xal münasibəti ilə komandanı təbrik edirəm. “Qarabağ”a məğlubiyyətdən sonra komandanı toparlamaq həqiqətən çətin idi. Biz bir araya gəlib, gərginliyi aradan qaldırdıq və bu gün həmin işin bəhrəsini gördük. Biz bu gün heyətdə, oyunda dəyişiklik edə bilərdik. Unutmayaq ki, biz avrokubokda mübarizə aparan bir komandaya qarşı oynadıq. Belə bir görüşdə qapının toxunulmazlığını saxlamaq yaxşı haldır".
Fanat.az