Topaz Premyer Liqasında XI turun oyun cədvəli açıqlanıb. Fanat.az хəbər verir ki, PFL iki matçın vaхtını dəyişdirib.
Belə ki, əvvəlcədən turun 1-2 noyabrda baş tutacağı açıqlanmışdı. Lakin ayın 1-də parlament seçkiləri keçiriləcəyindən PFL bütün oyunları oktyabrın 31-ə təyin etmişdi. Bu gün açıqlanan oyun cədvəlində isə "Sumqayıt" - "Neftçi" və "Rəvan" - "Xəzər Lənkəran" görüşlərinin noyabrın 2-də baş tutacağı göstərilib.
31 oktyabr
İnter - Zirə
"İnter Arena". Saat 16.00.
Qəbələ - Kəpəz
Qəbələ şəhər stadionu. Saat 18.00.
Qarabağ - AZAL
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 19.00.
2 noyabr
Sumqayıt - Neftçi
“Kapital Bank Arena”. Saat 19.00.
Rəvan - Xəzər Lənkəran
“Bayıl Arena”. Saat 21.00.
Fanat.az