Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" oyunu yarımçıq dayandırılıb. Fanat.az xəbər verir ki, buna səbəb güclü duman olub.
Qatı duman oyunun keçirilməsinə mane olub. Bu səbəbdən də baş hakim Əliyar Ağayev qarşılaşmanı 30-cu dəqiqədə dayandırıb.
Artıq Peşəkar Futbol Liqası oyunun təxirə salındığını açıqlayıb. Görüşün qalan hissəsi sabah keçiriləcək. Oyun saat 20.00-da bərpa olunacaq.
Fanat.az