Topaz Premyer Liqasının XII turunun oyun cədvəlində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, “Qəbələ” klubunun məktubunu nəzərə alan PFL “Qəbələ” - “İnter” görüşünün 7 noyabrda yox, 9 noyabrda keçirilməsinə qərar verib.
Buna səbəb “Qəbələ”nin 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində “Borussiya" (Dortmund) klubuna qarşı keçirəcəyi matçdı.
Eyni zamanda, canlı yayımla əlaqədar olaraq “Zirə” - “Sumqayıt” görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib.
Fanat.az