"Bəziləri Azərbaycana getməməyim barədə qərarın düzgün olduğunu deyirdi. Bəziləri isə təsdiq edir ki, Azərbaycana gedə və orada oynaya bilərdim. Lakin düşünürəm ki, getməməklə, Almaniyada qalmaqla düzgün qərar qəbul etdim".
Fanat.az xəbər verir ki, bu sözləri Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan deyib.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı səfər matçında oştirak etməyən erməni futbolçu sabah baş tutacaq cavab oyunundan danışıb: "Bu artıq geridə qalıb və çox danışmaq istəmirəm. Hazırda yalnız "Qəbələ" ilə qarşıdakı cavab oyununu düşünürəm. Ümid edirəm ki, normal oyun olacaq. Mənim heç kimə nəyisə sübut etmək fikrim yoxdu".
Fanat.az