Topaz Premyer Liqasının XII turu çərçivəsində AZAL-ın qonağı olacaq “Kəpəz” noyabrın 4-də məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, “Qəbələ” ilə səfər matçının ertəsi bərpaedici prosesdən sonra futbolçulara bir günlük istirahət verən məşqçilər korpusu bu gün komandanı yenidən bir araya yığıb.
“Sarı-göylər” qarşıdakı görüşün hazırlığına Bakıda - “Dalğa Arena”da start veriblər. Komandanın sabahkı məşqi də eyni məkanda olacaq. “Kəpəz” oyun öncəsi son məşqini isə noyabrın 6-da qarşılaşmanın baş tutacağı “AZAL Arena”da keçirəcək.
Qeyd edək ki, AZAL - “Kəpəz” oyunu noyabrın 7-də keçiriləcək və saat 16.30-da başlayacaq.
Fanat.az