AZAL-la oyun "Qəbələ"nin futbolçusu Vaqif Cavadov üçün əlamətdar olub. 26 yaşlı hücumçu “Qəbələ”də rəsmi debütünü gerçəkləşdirib.
Bunadək əvəzedici heyətdə forma geyinən Vaqif əsas komandanın tarixinə 198-ci futbolçusu kimi düşüb. Bunlardan
106-sı yerli, 92-i əcnəbi futbolçu olub. “Xəzər Lənkəran”dan bu ilin sonunadək icarəyə götürülən Cavadov “Qəbələ”nin milli çempionatımızda debüt edən 181-ci futbolçusu olub.
Bu mövsüm "Qəbələ"yə gələn futbolçulardan yalnız Vüqar Nadirov hələ ki debüt etməyib. Rumıniyalı yarımmüdafiəçi George Floresku isə bunu Topaz Premyer Liqasında yox, Avropa Liqasında gerçəkləşdirib.(Qəbələ İK)
Fanat.az