00:37 06.11.2015 613

"Məni özümdən çıxarmaq istəyirsiz? - Roman Qriqorçuk

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən "Borussiya" - "Qəbələ" matçından sonra təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb:


- "Qəbələ”nin darmadağınına səbəb nədir? Jurnalistlər, azərbaycanlı futbolçular, "Borussiya” və ya Qriqorçuk özü?

- Sual qeyri-adidir, eyni zamanda maraqsız. Burda konkret cavab yoxdur. Müxtəlif səbəblər var. Biz bu gün elə bir komandaya uduzmuşuq ki, onlar finala qədər gedəcəklər. Rəqibin səviyyəsi Avroliqanın yox, Çempionlar Liqasının iştirakçılarına bərabərdir. Burdakı atmosferi yaşadıq, rəqibin gücünü hiss etdik. Onları qələbə münasibətiylə təbrik edirəm. Bizim üçün hər şey xeyirli idi. Məğlubiyyətdən razı qala bilmərik. Bununla belə analiz edərək özümüz üçün vacib nəticələr çıxaracağıq. Eləcə də gələcək fəaliyyətimiz üçün fayda götürəcəyik.


- Dünən nə fikirləşirdiz, bu gün nəylə qarşılaşdız?

- Düşünürəm ki, vəziyyət təsəvvür etdiyimiz kimi oldu. İstənilən halda daha yaxşısına ümid edirdik. Amma faciəvi nəsə baş verməyib. Bu gün qarşılaşdığımız təbiidir. Komandalar arasında səviyyə fərqi böyükdür. Belədə bu cür məğlubiyyəti normal qəbul edirik.


- Vaqif Cavadov haqqında soruşmaq istəyirəm. O Dortmunda jurnalist, turist, yaxud futbolçu kimi gəlmişdi?

- Mənim əhvalım onsuz da yaxşı deyil. Bu cür gülməli suallarla məni özümdən çıxarmaq istəyirsiz? Bu gün heyətə düşənlər məşqçilər korpusunun layiq bildiyi futbolçular idi.


- "Qəbələ”nin uğursuzluq seriyası "Borussiya” ilə oyundan başladı. Ümid edirik ki, elə bu rəqiblə də bitəcək.

- Futboldə möcüzələr heç də hər gün yaşanmır. Bu gün də elə oldu. Hansısa ardıcıl uğursuzluqlardan danışmaq olmaz. Dünən də dedim, biz Qəbələdə oynadığımız oyunlarda qələbəyə layiq idik, amma sonluğu gətirə bilmədik. Narahat olmağa ciddi səbəblər yoxdu. Hücumları bitirmək üçün analizlər edib, nəticələr çıxaracağıq. Premyer Liqa oyunları ilə bu günkü oyun tamam fərqlidir.


- Əsəbi görünürsüz. Kimə qəzəblisiz?

- Yox, belə deyil. Sadəcə, üzügünəm və birinci sual məni özümdən çıxardı. Hazırda hər şey qaydasındadı.


- Qriqorçuka minnətdarıq ki, Azərbaycan klubunu bu səviyyəyə gətirib. Ona gələn təkliflər müzakirə olunur. Özü bu haqda nə deyə bilər? 

- Hər dəfə deyirəm ki, şərhsiz. Mən "Qəbələ”ni sevirəm və rəhbərliyə, futbolçularıma böyük hörmətim var. Əlimdən gələni edirəm ki, bu klubu daha yüksək səviyyə çıxarım. Hazırda mənim beynimdə ancaq bu fikirlər var. Gələcəkdə nə olacağından danışmağa dəyməz. Bundan sonra da bu haqda soruşsaz, yenə eyni cavabı verəcəyəm. Hamımız bu klub üçün, yüksək hədəflərə çatmaq üçün çalışmalıyıq. Daha böyük klub olmaq üçün çox işlər görməliyik. Addım-addım həmin hədəflərə doğru gedirik.


- "Krasnodar”ın qələbəsiylə qrupdan çıxmaq şansımız demək olar ki, qalmadı. Bundan sonrakı oyunlara hansı motivasiya ilə çıxacaqsız?

- Siz də deyirsiz ki, təxminən... gördüyünüz kimi, hələ şansımız var. Həmişə qələbə qazanmaq üçün oynayırıq. Şansımız az da olsa, var. Biz öz qələbəmizi düşüməliyik.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X