Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ötən aхşam baş tutan 24 oyundan sonra 4 komanda 1/16 finala yüksəlib.
A qrupunda Norveçin "Molde" klubu səfərdə "Seltik"ə 2:1, C qrupunda Almaniya "Borussiya"sı (Dortmund) "Qəbələ"yə 4:0, G qrupunda İtaliya "Napoli"si "Midilyand"a 5:0, E qrupunda isə Avstriyanın "Rapid" komandası "Viktoriya"ya 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol