21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 9-dan 11-nə və 15-dən 17-dək Bakı şəhərində, noyabrın 11-dən 15-dək isə Almaniyanın Regensburq şəhərində təlim-məşq toplanışı keçirəcək.
Fanat.az xəbər verir ki, yığmamız "AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də səfərdə Almaniya, 17-də isə Bakıda Rusiya komandası ilə qarşılaşacaq. U-21-in heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Fəhmin Muradbəyli, Elşən Abdullayev, Məqsəd İsayev, Rahil Məmmədov (hamısı “Neftçi”), Şahrudin Məhəmmədəliyev, Cəmil Hacıyev, Tərlan Əhmədli (hamısı “Sumqayıt”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”), Azər Salahlı, Vüqar Mustafayev (hər ikisi “Qarabağ”), Fuad Bayramov, Abbas Hüseynov (hər ikisi “İnter”), Budaq Nəsirov, Azad Kərimov (hər ikisi “Kəpəz”), Rəşad Əzizli (“Rəvan”), Tural Hümbətov (AZAL), Elvin Camalov (“Qəbələ”), Kerem Behnke, Taşkın İlter (hər ikisi “TSG Neustrelitz”, Almaniya), Bilal Sezer (“Borussiya”, Mönhenqladbax, Almaniya).
Qeyd edək ki, Elvin Camalov, Abbas Hüseynov və Fuad Bayramov noyabrın 10-da, Taşkin İlter, Kerem Behnke və Bilal Sezer isə noyabrın 11-də komandaya qoşulacaq.
Fanat.az