UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən oyunlara görə, həftənin simvolik yığmasını tərtib edib.
Fanat.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Qəbələ" ilə oyunda 1 qol vurmuş və 2 məhsuldar ötürməyə imza atmış Henrix Mxitaryanın da adı simvolik yığmaya salınıb. Ancaq ona bu "yığma"da cinah yox, mərkəz yarımmüdafiəçisi kimi yer verilib.
Qeyd edək ki, bundan əvvəl whoscored.com saytı tərtib etdiyi simvolik yığmaya Dortmund "Borussiya"sının 4 futbolçusunu daxil etmişdi. Onların arasında erməni sol cinah yarımmüdafiəçisi Henrix Mxitaryan da vardı.
Fanat.az