Roman Qriqorçuk "İnter"lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi bunları deyib:
“Uzun müddətdi olan qələbəsizlik seriyasını ayrı-ayrı araşdırmaq lazımdı. Biz bundan öncəki oyunlarda demişdik ki, hücumun sonlarını gətirə bilmirik. "Borussiya" ilə məğlubiyyət isə bu qəbildən deyil.
Bu gün biz “İnter”dən tam üstün oynamadıq. Yaxşı rəqibə qarşı oynadıq, güclü kollektivi, yaxşı baş məşqçisi olan rəqiblə mübarizə apardıq. Sözsüz, xal itirmək xoş deyil. Bizim komandada aqressivlik çatmadı.
Mən bu gün burdayamsa, bütün fikrimi komandaya yönəldirəm. Bütün oyunlarda heyəti müəyyən edərkən futbolçularla danışıq aparırıq. Məsləhətləşdikdən sonra heyəti meydana buraxırıq. Buna görə də peşman deyiləm.
"Qarabağ"la xal fərqimiz çoxdu. Bizim üçün çətindi. Amma bunu bərpa edə bilərik. Çempionatda başqa rəqbilərin olduğunu da gördük. Bizim "Qarabağ"la mübarizəmiz sona qədər davam edəcək.
"Qəbələ" ilə yenidən bayram yaşamaq istəyirəm. Klub rəhbərliyini və çalışdığımı insanları, komandamı çox sevirəm. İstərdim ki, növbəti dəfə burda sizinlə Avroliqaya yox, Çempionlar Liqasını düşməyi qeyd edək".
Fanat.az