“Zirə”nin hücumçusu Nelson Bonilla Salvador yığmasına dəvət olunub.
Fanat.az xəbər verir ki, Salvador yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində Meksika millisi ilə qarşılaşacaq. “Zirə”nin forvardı Salvador yığmasının heyətində oyunun hazırlığını davam etdirir.
Qeyd edək ki, Meksika - Salvador oyunu noyabrın 14-də Mexikodakı 105 min azarkeş tutumuna malik “Azteka” stadionunda keçiriləcək.
Fanat.az