"Xəzər Lənkəran" İntizam Komitəsinə müraciət edib. Fanat.az xəbər verir ki, Lənkəran klubu Topaz Premyer Liqasının III turunda "Qarabağ"la baş tutan oyunun 60-cı dəqiqəsində Manuel Skarlatakeyə qeyri-idman hərəkətinə görə göstərilmiş sarı vərəqəyə yenidən baxılmasını xahiş edib.
İntizam Komitəsinin üzvləri bu gün matçın videoyazısını izləyib və futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi aşkar edib. Bu səbəbdən də, İntizam Komitəsi Rəhim Həsənovun Skarlatakeyə göstərdiyi sarı vərəqəni ləğv edib.
Fanat.az