Asif Məmmədov böyük ölçüdə qışda "Qəbələ"dən ayrılacaq. Çünki baş məşqçi Roman Qriqorçuk onu komandad görmək istəmir. Futbolçu özü də reallığı qəbul edərək özünə klub axtarmağa başlayıb.
Asifin xidmətində maraqlı olan klublar sırasında "Sumqayıt"ın da adı çəkilir. Qışda bir sıra dəyişikliklər etməyi düşünən sumqayıtlılar heyətə təcrübəli futbolçu daxil etməyi də planlaşdırır. Məmmədov da bu mənada onların transfer siyahısına düşüb. (Rekord.az)
Fanat.az