Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək PAOK - "Qəbələ" matçının biletləri satışa çıxarılıb.
Fanat.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Saloniki şəhərində baş tutacaq oyuna ən ucuz bilet 10 avrodur (təqribən 11 manat).
Lakin biletin qiymətləri 15, 30 və 40 avro arasında dəyişir. VİP zona üçün biletlərin qiyməti isə 70 avrodur (təqribən 78,8 manat).
Qeyd edək ki, noyabrın 26-da keçiriləcək PAOK - "Qəbələ" oyunu Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.