AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Kəpəz"in futbolçusu Budaq Nəsirov “İnter”lə oyunun 90-cı dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
"Zirə"nin üzvü Şahvələd Məhərrəmov “Xəzər Lənkəran”la matçın 86-cı, “Qəbələ”nin futbolçusu Murad Musayev “Rəvan”la oyunun 88-cı dəqiqəsində ikinci sarı vərəqəni alıb. Hər iki futbolçu 1 oyun cəza alıb, klubla 100 manat cərimələnib.
Fanat.az