14:38 04.09.2013 905

Orxan Sadıqlı: "Müdafiə xəttimiz zəifdi" - MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın və 21 yaşadək futbolçulardan ibarət olan milli komandanın qapıçısı Orxan Sadıqlının müsahibəsi 

- “Xəzər Lənkəran”ın bu mövsüm uğursuz çıxışını nə ilə izah edə bilərsən?
- Bizim yeganə bir problemimiz var o da ki, qol vura bilməməyimizdi. Qol vura bilməyən komanda da heç vaxt uğur qazana bilməz. 5 turdan sonra bu cür nəticə göstərməyimiz çox acınacaqlıdı. Bizə bir qələbə lazımdı. Sadəcə olaraq qələbə ki, psixoloji vəziyyətimiz düzəlsin. Ona görə də “Bakı” ilə oyunda mütləq qələbə qazanmalıyıq. Doğrudu, bu çox çətin olacaq. Çünki “Bakı” hazırda yaxşı vəziyyətdə olan bir komandadı. Son turda da “Neftçi” üzərində parlaq qələbə qazandılar. Ancaq bununla belə, biz əgər “Bakı”ni udsaq, inandırım sizi ki, qələbələrin davamı gələcək.

- Bəlkə, Con Toşakın komanda ilə keçirdiyi məşqlər qələbə üçün yetərli olmur?
- Yox, mən elə deməzdim. Hər keçən tur göstərir ki, komanda yavaş-yavaş özünə gəlir. Biz oyun ərzində ən azı 4-5 təhlükəli qol epizoduna giririk. Ancaq qol vura bilmirik. Bunun da günahkarı özümüzük. Burada nə məşqçi, nə rəhbərlik təqsirkar deyil ki. Toşak öz işinin öhdəsindən yaxşı gəlir. Hər məşqimiz ciddi, tam olaraq keçir. Lakin qol vura bilməmək problemimiz keçmir.

- Son zamanlar Mirça Rednikin yenidən “Xəzər Lənkəran”ı çalışdıracağına dair xəbərlər yayılır. Səncə, komandanın hazırkı vəziyyətində belə bir dəyişikliyə ehtiyac varmı?
- Vallah, açığını deyim ki, komandaya məşqçi gətirmək, məşqçi göndərmək bzim işimiz deyil. Lap sabah  Rednik də gəlsə, biz futbolçu olaraq onun da dediyi tapşırıqlara əməl edəcəyik. Ancaq ümumilikdə mən Toşakdan bir məşqçi kimi razıyam. Sözsüz ki, o da komandanın belə uğursuz çıxış etməyini istəməz. Yenə də deyirəm, kimin gəlib, kimin gedəcəyinə biz qərar vermirik. Bunu rəhbərlik edə bilər.

- Son turda “Qəbələ” məğlubiyyətindən sonra komandada əhval-ruhiyyə nə vəziyyətdədi?
- Məğlubiyyət hər necə olursa, olsun  həmişə acıdı. Lakin “Qəbələ” məğlubiyyəti artıq arxada qalıb və biz növbəti turu, “Bakı” ilə oyunu gözləyirik. Ona görə də özümüzü bu oyuna kökləməyə çalışırıq. Həm də komandanın bir sıra futbolçusu İsraillə oyun üçün səfərə yola düşüb. Gərək onlar da özlərini millinin oyununa hazırlasınlar.

- Bir qapıçı kimi “Xəzər Lənkəran”ın oyununu qıraqdan izləyəndə hansı mövqeyə dəyişiklik edilməsi lazım olduğunu sezirsən?
- Bizim müdafiəmiz biraz zəifdi. Son vaxtlrda kobud səhvlərdən qollar buraxdıq. Ancaq belə baxanda səhv bütün komandanın səhvidi. Bir nəfəri günahlandırmaq düzgün olmazdı. Hücum xəttimiz zəif deyil. Milli çempionatımızda öz sözlərini demiş futbolçular komandamızda yer alır. Ancaq qol vura bilmirik. 5 tura 1 qol vurmuşuq bu sadəcə olaraq biabırçılıqdı. Elə bil, komandanı lənətləyiblər. Belədə isə kənardan oyunumuzu seyr etdiyim vaxt müdafiəmizin zəif təsir bağışladığını görürəm.

qafqazinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

Facebookdan bizi izləməyi unutmayın.
X