Topaz Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını 246 min 476 tamaşaçı izləyib. Fanat.az xəbər verir ki, 90 qarşılaşmada orta tamaşaçı sayı 2739-a bərabər olub.
Ümumi azarkeş sayının təxminən yarısı - 120 mini “Kəpəz”in ev oyunlarına təsadüf edib. Evdə 8 matç keçirən qərblilərin orta göstəricisi 15 minə bərabərdi.
Ümumiyyətlə, mövsümün ən çox azarkeş toplayan 8 matçının hamısı “Kəpəz”in meydanında baş tutub. V turun “Qarabağ”la oyununu 20 min, VII turun “Sumqayıt” və IX turun “Xəzər Lənkəran”la görüşlərini 18 min tamaşaçı seyr edib.
Azarkeş sayında “Xəzər Lənkəran” 2-ci, “Neftçi” 3-cüdü. Son üç pillədə isə paytaxt təmsilçiləri AZAL, “Rəvan” və “İnter” qərarlaşıb. Mövsümün antirekordu V turun AZAL - “İnter” oyununda qeydə alınıb - 100 tamaşaçı.(pfl.az)
1 | Kəpəz | 120000 | 8 | 15000 |
2 | Xəzər Lənkəran | 48200 | 9 | 5356 |
3 | Neftçi | 14500 | 9 | 1611 |
4 | Qarabağ | 13030 | 9 | 1448 |
5 | Qəbələ | 13650 | 10 | 1365 |
6 | Sumqayıt | 11610 | 9 | 1290 |
7 | Zirə | 9800 | 9 | 1089 |
8 | İnter | 7050 | 9 | 783 |
9 | Rəvan | 5530 | 9 | 614 |
10 | AZAL | 3106 | 9 | 345 |
| Cəmi | 246476 | 90 | 2739 |
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol