"Biz AFFA-ya və Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa Olaf Yansenin millidən ayrılmasına imkan yaratdığı üçün minnətdarıq. Onlar Yansenə klubumuza keçməkdə dəstək oldular". Fanat.az xəbər verir ki, bu sözləri Almaniyanın "Dinamo" klubunun baş direktoru Kristian Müller deyib.
Millimizin məşqçisi Olaf Yansen "Dinamo"nun baş məşqçisi təyin olunub. Drezden təmsilçisinin baş direktoru klubun rəsmi saytına açıqlamasında millimizdən ayrılan məşqçini tərifləyib: "Yansen elə məşqçidi ki, ona etimad göstərilməsinə layiqdi. Biz arxayınıq ki, mütəxəssis öz dəqiq ideyalarını həyata keçirəcək".
Fanat.az