Topaz Premyer Liqasının növbəti turu çərçivəsində, səfər meydanında "Simurq"la qarşılaşcaq "Sumqayıt" məşqlərə start verib. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun yetirmələri bu gün səhər məşqində daha çox fiziki hazırlığın artırılması üzərində çalışıb.
"Sumqayıt" tam heyətlə məşq edə bilmir. Belə ki, A millidə olan Anar Nəzirov, Ruslan Qurbanov, U-21-in düşərgəsində yer alan Nurlan Novruzov, Kərim Diniyev, Elşən Abdullayev, Slavik Alxasov və U-19-la Rusiyaya təlim-məşq toplanışına yollanan Ruslan Nəsirli və Orxan Əliyev komandamızın hazırlığa nisbətən gec qoşulacaq. Zədəsini yenicə sağaltmış Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, "Sumqayıt"ın əvəzedici komandası sentyabrın 8-də "Neftçala" ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
Fanat.az