"Rəvan” Futbol Klubu növbəti mövsümdə daha güclü komanda formalaşdırmaq və daha yaxşı nəticələr əldə etmək məqsədi ilə əməli fəaliyyətə başlayıb. Komanda 7 oyunçu ilə yolları ayırdıqdan sonra ilk transferini gerçəkləşdirib.
Bu, gənc və istedadlı futbolçu Elvin Həsənəliyevdir. Avqustun 7-də 20 yaşı tamam olacaq yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. Son mövsümdə "Kəpəz”in formasını geyən Elvin 21 matçda toplam 1245 dəqiqə oynayıb və 1 qol vurub.
"Rəvan”da bu gün daha bir imza mərasimi olub. Belə ki, müqavilə müddəti başa çatmış Şəhriyar Rəhimovla yeni anlaşma imzalanıb. "13” nömrə daha 2 il "aslan” olacaq.
İdman24.az