21:43 02.01.2016 686

Emin İmaməliyev: "Həmin oyun mənə yuxu kimi gəlir"

"Qəbələ"nin 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev "Qəbələ İK”ya müsahibə verib. Müsahibəni təqdim edirik.

- Karyeranızda ilk dəfə baş məşqçi kimi çalışırsınız. Sizin üçün bu vəzifənin özəlliyi nədədir?
- Baş məşqçi işləmək, həqiqətən, böyük məsuliyyət tələb edir. Hərçənd, köməkçi məşqçi olanda da bu məsuliyyəti hiss edirdim. Ancaq baş məşqçi olmaq tamam başqa şeydir. O, bütün komandaya görə cavabdehdir. Doğrudur, baş məşqçi köməkçilərinin fikirlərini öyrənir, amma yekun qərarı özü verir. Heyəti doğru müəyyənləşdirmək, futbolçunun hazırlığını düzgün qiymətləndirmək baş məşqçinin borcudur. Qərar verəndə, yaxşı fikirləşib, doğru addım atmaq, səhv edəndə də onu düzəltməyi bacarmaq lazımdır. Baş məşqçi kimi oyunlarda o qədər stress keçirirsən ki... Mən hələ U-17 komandasındayam. Təsəvvür edirəm yüksək liqada baş məşqçi olmaq nə qədər məsuliyyətli işdir.

- Baş məşqçi olduqdan sonra U-17 komandamızın heyətində hansı dəyişikliklər etmisiz?
- Heç bir futbolçu ilə yollarımızı ayırmadıq. Əksinə, komandaya 4 yeni futbolçu - Emin Bağırov, Abbas Ağazadə, Güləli Mehrəliyev və Boris Babayevi cəlb etdik. Mövsümün əvvəlində Borisin lisenziya məsələsinin həlli bir qədər yubandığından, hələki onu meydançaya buraxa bilməmişik. Artıq bu məsələ həllini tapmaq üzrədir və güman edirəm ki, mövsümün ikinci yarısında Babayevin xidmətindən yararlana biləcəyik.

- Deyəsən, baş məşqçi kimi işiniz alınır. Komandanız inamlı çıxış edir...
- Hər oyuna böyük qələbə istəyi ilə çıxırıq. Şükür ki, işlərimiz yaxşı gedir, istədiyimiz nəticələri əldə edirik. Doğrudur, müəyyən çatışmazlıqlar da var.

- Məsələn.
- Futbolçular tapşırıqlarımızın mahiyyətini bəzən tam dərk etmirlər. Bir elementi başa salırsan, yerinə yetirirlər. Ancaq bəzən görürsən ki, müəyyən müddətdən sonra öyrəndiklərini unudurlar.

- Yeganə məğlubiyyətiniz Qəbələdə qeydə alınıb, həm də böyükhesablı olub. "Qarabağ”a 1:4 hesablı məğlubiyyətin səbəbini necə izah edərdiniz?
- Heç vaxt uduzmağı xoşlamamışam. Doğrudur, oynadığım vaxt məğlubiyyətlərim olub. Ancaq xarakterimə uyğun olaraq, yetirmələrimi hər zaman və yalnız qələbəyə kökləyirəm. Həmin oyun mənə yuxu kimi gəlir. Komanda, ümumilikdə, zəif çıxış etdi. 15-20 dəqiqə ərzində yaratdığımız 6-7 qol imkanının yalnız birindən istifadə etdik. Həmin oyunda buraxdığımız səhvləri sonradan təkrarlamadıq.

- Çempionatın səviyyəsi sizi qane edir?
- Rəqiblərimiz zəif deyil. Oyunlarımızın oxu çətin keçib. Güclü rəqiblər kimi "Neftçi”, "Qarabağ”, "Sumqayıt”, "Xəzər Lənkəran”ı qeyd edə bilərəm. 17 yaş futbolçu üçün elə bir dövrdür ki, zəif, yaxud güclü olduğunu axıradək müəyyənləşdirmək çətin olur. Əsas motivasiya, istəkdir. Bu yaşda meydanda "professor”luq etmək də bir qədər yersiz görünə bilər. Sadəcə, baş məşqçinin tapşırığını maksimum şəkildə, doğru-dürüst yerinə yetirmək lazımdır.

- Oyunların əksəriyyətində böyük hesabla qalib gəlməyinizin vaxtilə sizin hücumameylli olmağınızın təsiri varmı?
- Əlbəttə, bu amil komandamın oyun tərzinə çox təsir göstərir. Hücum xəttində çıxış edənlərdən əsas tələbim odur ki, qol epizodlarından maksimum istifadə etsinlər. Bacardığımızdan da artığını etməyə çalışırıq. Meydançada dominantlıq etmək, hücum futbolu oynamaq akademiyamızın oyun tərzidir. Komandalarımızın oyun dəst-xətti məşqçilərə görə dəyişmir. Bütün məşqçilər bu prinsiplərə əməl etməyə çalışır. Əvəzedici heyətə, hətta əsas komandamıza bir neçə futbolçu verə bilərik. Niyə də olmasın?

- Konkret hansı futbolçuları əsas komandaya namizəd sayırsınız?
- Əvvəla onu deyim ki, futbolçular arasında fərq qoymaq istəməzdim. Bizim üçün bütün futbolçular eynidir. 2-3 futbolçumuz var ki, əsas komandada rahat məşq edə, hətta bir hissəyədək oynaya bilərlər. Doğrudur, əsas komandada çıxış etmək böyük məsuliyyət tələb edir. Buna görə, futbolçular, hardasa, çəkinə bilərlər. Ancaq bunun heç bir qorxusu yoxdur. Mən özüm 17 yaşımda yüksək liqada oynayırdım.

- Cavidan Qasımlı vurduğu 16 qolla çempionatın bombardirləri arasında ikincidir. Onun haqqında başqa nə deyə bilərsiniz?
- Cavidanın böyük potensialı var. Ancaq bir az tənbəldir. Biz də bunu aradan qaldırmağa çalışırıq. İstəyirik ki, milli komandanın üzvü kimi Cavidan hər zaman seçilsin. Bilirsiniz, hər şey məşqçidən asılı deyil. Futbolçu gələcəyini özü fikirləşməlidir. Peşəkar futbolçunu yetişdirməkdə məşqçinin rolu, rəqəmin "dili ilə” desək, 80 faizə yaxındır. Qalan 20 faiz futbolçunun öz daxilindən gəlməli, irəli getməyə iddialı olmalıdır. Təəssüf ki, Azərbaycanda gənc futbolçular məhz bu baxımdan "axsayırlar”. Yerli futbolçulara xas olan keyfiyyətlərdən biri də budur ki, ruhdan tez düşürlər. Belə şeyləri heç vaxt xoşlamamışam. Sərəncamında olan 18 futbolçunun hamısına şans verirəm. Hətta lazım olanda 2000-ci il təvəllüdlü futbolçu da götürüb meydançaya buraxmışam.

- Cari mövsümdə əsas məqsədiniz nədir?
- Çempionatı qalib kimi başa vurmaq, sərəncamımızda olan futbolçuları daha yaxşı hazırlaşdırmaq istəyirik. Gələn il 17 yaşlılar arasında Avropa çempionatının final mərhələsi Bakıda keçiriləcək. Yığmamızın baş məşqçisi Təbriz Həsənov, köməkçiləri ilə mütəmadi ünsiyyətdə oluram. Milliyə hazır futbolçular haqda məlumat verir, təkliflərimi deyirəm.

- Akademiyamızın hollandiyalı sabiq direktoru Stenli Brardla əməkdaşlıq sizə nə verdi?
- Brardla birgə çalışdığım ilyarımda çox şey öyrəndim. O, çox səmimi, hər bir şeyin yerini bilən insandır. Səhv edəndə xırdalığına kimi başa salırdı. Stenli müasir futbolun xüsusiyyətlərini bizə çox geniş şəkildə izah edirdi. Bizə belə təcrübəli mütəxəssislərlə işləmək xoşdur.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X