"Qəbələ"nin yayda rənglərinə bağladığı Daniel Subotiç yeni komandasında debüt etməyib. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar"la müqavilə bağlamasına rəğmən, sabiq klubu "Volın"la problemləri yoluna qoya bilməyən İsveçrə vətəndaşı FİFA-ya müraciətdə bulunmuşdu.
Ondan pul istəyən Lutsk klubundan şikayət edən 24 yaşlı hücumçu çıxarılacaq qərarı gözləyirdi. Ali futbol qurumu artıq Danielə haqq qazandırıb. Yuri Syominin komandasında bu gündən məşqlərə başlayan forvardın müvəqqəti transfer vərəqəsi AFFA-ya göndərilib. Bu isə o deməkdi ki, növbəti turdan Subotiç “Qəbələ”nin formasında meydanma çıxa bilər.
Fanat.az