Hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" baxışa iki futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, cənublular Nodar Məmmədovla Tuqay Alhüseynlini sınaqdan keçirir.
Müdafiəçi Nodar Məmmədovun iş yeri "Sumqayıt", yarımmüafiəçi Tuqay Alhüseynlinin son klubu isə "Turan Tovuz" olub. Onlara bağlı yaxın günlərdə qərar veriləcək.
Fanat.az