Antalyada təlim-məşq toplanışında olan “Zirə” ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Premyer Liqanın debütantı Almaniyanın “Optik” klubu ilə qarşılaşıb.
Oyun "Zirə" üçün uğursuz alınıb. Belə ki, təmsilçimiz meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, ötən yay Oberliqadan Regional Liqaya yüksələn Ratenou təmsilçisi bu turnirin Şimal-Şərq zonasında çıxış edir. Əsası 1945-i ildə qoyulan komanda 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Onu da qeyd edək ki, “Zirə” Türkiyədəki ilk matçında Qazaxıstan təmsilçisi “Ordabası”ya məğlub olub - 1:4.
Fanat.az