Rasim Ramaldanovun yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, millimizin sabiq üzvü karyerasını "Sumqayıt"da davam etdirəcək.
"Xəzər Lənkəran"a dönüşü baş tutmayan müdafiəçi yayadək bu komandada oynayacaq. Onunla bu gün müqavilə bağlanması gözlənilir.
Qeyd edək ki, Rasim Ramaldanov 2008-2013-cü illərdə "Simurq"da, 2013-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib. 30 yaşlı müdafiəçi milli komandada 17 oyun keçirib.
Fanat.az