15:27 03.02.2016 817

"Bizim futbolçular rəqibi yıxmışdı, hakim penalti vermədi"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Fasilədən sonra ilk oyun "Neftçi"yə qarşı oldu. Oyunu necə dəyərləndirirsiniz: komandanız mübarizəyə hazırdı?
- Rəhbərliyə təşəkkür edirəm ki, bizim mövsümün ikinci yarısına yaxşı hazırlaşmağımız üçün əlindən gələni etdi. İlk oyundan gözləntilərimiz çox idi. Bilmirəm ilk oyun olduğu üçün gərginlikdən, ya nədənsə futbolçular oynaya bilmədilər. Bu oyunda nəinki planlarımızı, ümumiyyətlə, ümidlərimizi puç edən bir şey alındı. Məğlubiyyəti qoyaq bir kənara, meydanda oyunun olmaması adamın qollarını sındırdı. İlin ilk oyununda belə təəssürat yarandı. Amma hazırlığa qalanda Antalyadan yaxşı vəziyyətdə qayıtdıq. Açığı, inanmıram ki, bundan sonra bizdə bu cür oyun olacaq. Amma bütün oyunları udacağımıza zəmanət vermək də olmaz. Qış fasiləsindən sonra komandaların güclənməyini bir kənara qoyaq, oyunları da dəyişib. Bütün komandalar xal itirməkdən ehtiyatlanır. "Neftçi" ilə oyun bizə böyük dərs oldu.

- Sizcə, "Neftçi"nin qolu oyundankənar vəziyyətdən vuruldu?
- Həmin epizoda çox baxmışam, futbolçunun bir çiyin qabaqda olması dəqiqdi. Digər tərəfdən, bizim futbolçular rəqib futbolçunu yıxmışdı, hakim penalti vermədi. Ümumilikdə, demək olar ki, yaxşı idarəçilik oldu. Ancaq mənim komandamın tarixi ərzində ən aciz olduğu oyun idi. Buna görə təəssüflənirəm.

- Yeni transferlərdən Vaqif Cavadov və Səlahət Ağayev meydanda olsa da, Rasim Ramaldanova şans verilmədi...
- Rasim komanda Antalyadan gələndən sonra bizə qoşulub. Biz nə qədər məşq etmişik, amma o, 2 gün idi komandaya gəlmişdi. Bu səbəbdən Rasimi "18-liy"ə yazmaq belə düzgün çıxmazdı. O, formada deyildi. Vurğun Hüseynov sarı vərəqə limitini doldurduğu üçün növbəti oyunu buraxacaq. Ola bilər ki, onun əvəzinə Ramaldanov meydana çıxsın. Ancaq onun hazırkı durumu o qədər yüksək deyil ki, çıxıb oynasın. Çoxları Vaqif Cavadovu qınayır. Belədisə, onda biz digər futbolçuları tərifləmiş oluruq və bu da düzgün deyil. Ümumiyyətlə, komanda pis gündə idi. Bundan danışmaq lazımdı. Vaqif millinin oyunçusudu və inanıram ki, komandaya kömək edəcək. "Vaqif yaxşı və ya pis oynadı" da demirəm. Çünki futbolda belə şeylər olur. "Real" milyonlar verir və yeni transfer edir, amma həmin futbolçunun uyğunlaşması üçün müəyyən vaxt tələb olunur. Deyə bilərəm ki, "Neftçi" ilə oyunda meydanda "Sumqayıt" adlı komanda yox idi.

- Demisiniz ki, Cavadov fərdi oyuna meyl edən futbolçudu. Bunu bilə-bilə kollektiv oyun sərgiləyən komandaya götürməyinizin səbəbi nədi?
- Bu, Vaqifin həmişəki oyunudu. Bunu Samir Abbasov indi demir. O, fərdi oyuna üstünlük verir. Ancaq oyunlarda Vaqifə də uyğunlaşmaq lazımdı. Bizdə komanda oyunudu. Hücuma qoşulanda sürətli oyun tələb olunur. Vaqif də bunları tutana qədər müəyyən vaxt lazımdı. Baxın, Vaqif hansı klublarda oynayıb? Onun üçün dəyişilmək "iki vur iki"di. "İnter" də komanda oyunu nümayiş etdirir və Vaqif orada yaxşı çıxış edirdi.

- Qarşıda "Zirə" ilə evdə, "Qəbələ" ilə səfərdə görüşləriniz olacaq. Çətin oyunlarda maksimum neçə xal götürmək mümkündü?
- "Sumqayıt" hazırda 8-ci yerdə gedi. Ondan sonra "Xəzər Lənkəran" və "Rəvan" var. Hansı komandalarla çətin oyun keçmir? Bizdən yuxarıdadılarsa, demək güclüdülər. Ümid edirik ki, öz oyunumuzu göstərəcək və xal götürəcəyik. O biri komandalarla oynamaq da asan deyil. Biz məğlub olsaq da, öz oyunumuzu sərgiləyirdik və inanıram ki, yenidən öz oyunumuzu nümayiş etdirəcəyik. Əvvəl komandalar "Sumqayıt" deyəndə fikirləşirdilər ki, görəsən, onların meydanında necə oynayacağıq? Biz bunu istəyirik. Ümidimiz qarşıdakı oyunlarda maksimum xal götürməkdi.

- Qış təlim-məşq toplanışını ölkə daxilində keçənlər Antalyada keçənlərə qalib gəldilər. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bundan sonra yəqin ki, biz qarışıq məğlub olan komandaların Antalyaya getməsinə son qoyular (gülür). Təkcə "Zirə" getsin, onlara düşür. Gedirik, belə hal baş verirsə, gələn dəfə bu haqda fikirləşəcəyəm. "Qarabağ" kimi komanda Antalyadan sonra uduzursa, "Sumqayıt"dan nə danışaq?

- Amil Yunanov fasilədən öncə son turlarda yaxşı çıxış edir, qollar vururdu. Amma "Neftçi" ilə qarşılaşmada əvəzetmədən oyuna daxil oldu...
- Bəli, fasilədən öncə son turlarda yaxşı çıxış edirdi. Ancaq Sumqayıt toplanışında onda bir az eniş vardı. Bu Antalyadakı oyunlarda da özünü göstərdi. Amil özünü yaxşı tərəfdən göstərə bilmədi. Amma o demək deyil ki, Yunanov həmişə əvəzetmədə oturacaq. Heç olmasa, bu, ona da bir işarə olar ki, nə qədər qol vursan da, yaxşı məşq etmirsənsə, oynamayacaqsan. Bu, bütün futbolçulara aiddi.

- Düşünmürsünüzmü ki, Yunanov bombardirlər siyahısına düşəndən ulduz xəstəliyinə tutulub...
- Bəlkə siz tanımırsınız, amma Amil o cür futbolçulardan deyil. O, tərbiyəli uşaqdı, amma daxilini deyə bilmərəm. 

- Bəlkə yeni hücumçunun - Vaqif Cavadovun gəlişi onu ruhdan salıb?
- Bundan sonra hücumçu gətirmək fikrimiz yoxdu. Cavadov isə sırf hücumçu kimi gəlməyib. Ancaq açığı, səbəbini bilmirəm. Çox istəyirəm ki, Amil oynasın.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:30

MPL: 35-ci tur start götürür - YENİLƏNİR

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X