Premyer Liqanın XXII turunda "Qəbələ" ilə qarşılaşaq "Rəvan"ın heyətində itkilər var. Fanat.az xəbər verir ki, baş məşqçi Bəhmən Həsənovun bu oyunda 3 futbolçunun xidmətindən yararlana bilməyəcəyi dəqiqdi.
Belə ki, Saşa Yunisoğlu zədə, Yasin Hamid və Kənan Müslümov cəza səbəbindən meydana çıxa bilməyəcək. Cəmşid Məhərrəmovun isə oynaması isə sual altındadı. Zədəsi olan futbolçunun meydana çıxıb-çıxmayacağı bilinmir.
Qeyd edək ki, Yasin Hamid "Neftçi" ilə oyunda qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb. Ötən tur "Zirə"yə qarşı oynamayan futbolçu "Qəbələ" matçında cəzasını başa vuracaq. Kənan Müslümov isə "Zirə" matçında qırmızı vərəqə aldığından bir oyunluq cəzalandırılıb.
Fanat.az