Topaz Premyer Liqasının VI turunun 4 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, bütün qarşılaşmaları "İdman Azərbaycan" kanalı efirə verəcək.
Azarkeşlər sentyabrın 12-də "Neftçi" - "İnter" (saat 19.00), bir gün sonra "Rəvan" - "Qarabağ" (19.00), 14-də "Xəzər Lənkəran" - "Bakı" (19.00) və 15-də AZAL - "Qəbələ" (18.00) matçlarını canlı izləyə biləcək.
Turun yalnız bir oyunu - sentyabrın 15-də keçiriləcək "Simurq" - "Sumqayıt" oyunu canlı yayımlanmayacaq.
Fanat.az