“İsrail – Azərbaycan oyununun birinci yarısına baxıb yatdım. Matçın hesabını ertəsi öyrəndim”. Fanat.az xəbər verir ki, bu sözləri Rusiya millisinin futbolçusu Vladimir Bıstrov deyib.
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə oktyabrın 15-də Bakıda qarşılaşacaq şimallıların aparıcı oyunçusu Ramat Qandakı 1:1-ə münasibət bildirib: “Nəticəyə təəccübləndim? Əsla. İndi zəif komanda qalmayıb. İsrail xoş təsir bağışladı. Ancaq biz öz oyunumuz haqda düşünməliyik. Yəni yəhudilərin necə oynaması bizim üçün vacib deyil”.
Qeyd edək ki, İsrail yığması sabah Rusiya ilə qarşılaşacaq.
Fanat.az