"Kəpəz" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev Tural Axundovun xidmətindən məhrum olub.
Belə ki, kapitan cəzalı duruma düşüb. "Sumqayıt"la oyunun 26-cı dəqiqəsində qeyri-idman h?r?k?tinə görə cəzalanan Axundov sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə aldığı 4-cü sarı olduğundan XXIV turun "Rəvan" oyununu buraxacaq.
Qeyd edək ki, Tural "Kəpəz"in Premyer Liqada keçirdiyi 23 oyunun hamısında iştirak edib. 2070 dəqiqə meydanda olan 27 yaşlı müdafiəçi bir qola imza atıb.
Fanat.az