“Kəpəz”in zədəli futbolçusu Juninyonun durumuna aydınlıq gəlib. Fanat.az xəbər verir ki, zədəli olan və bu səbəbdən sonuncu turda “Sumqayıt”a qarşı matçı buraxmaq məcburiyyətində qalan braziliyalı Maqnit Rezonans Tomoqrafiyasından keçib.
Yarımmüdafiəçi sağ baldırın arxa əzələsinin dartılmasından əziyyət çəkir. MRT müayinəsindən sonra klubun tibb personalı tərəfindən müalicəyə başlanılıb. Juninyo müalicə ilə bağlı komandanın bugünki məşqini buraxıb. Sabahdan isə fərdi qaydada məşqlərə başlaya biləcək.
Onun həftəsonu “Rəvan”la keçiriləcək oyuna kimi hazır olub-olmayacağına isə qarşıdakı günlərdə aydınlıq gələcək.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol