"Millimizin İsrail yığması ilə oyunu çətin, bir o qədər də maraqlı alındı. Belə rəqibə səfərdə qol vurmaq və yekunda heç-heçə etmək məncə, yaxşı nəticədi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev deyib.
İmamverdiyev milliyə çağırılmaq üçün çalışacağını bildirib: "Milli günü-gündən daha yaxşı təsir bağışlayır. Komanda yoldaşlarım Mahir Şükürov və Araz Abdulayevin də bu nəticənin qazanılmasında böyük payı var. Yığma komandada oynamaq hər bir futbolçu üçün şərəfdi. Mən də öz növbəmdə çalışacam ki, "Neftçi"nin heyətində möhkəmlənib mütəmadi olaraq, yığmaya dəvət olunum".
Fanat.az