"Qarabağ" klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyat olunub. Fanat.az xəbər verir ki, qış transfer pəncərəsi zamanı komandaya transfer edilən millimizin üzvü təlim-məşq toplanışı zamanı zədələnərək təxminən 1 ay yaşıl meydanlardan uzaq qalıb.
Martın 2-də "Sumqayıt"la keçirilən kubok matçında "Qarabağ"ın start heyətində meydana çıxan Əmirquliyev elə ilk hissədə yenidən zədələnib. Almaniyaya göndərilən 27 yaşlı futbolçu uğurla əməliyyat olunub və hazırda reabilitasiya dönəmini keçirir. Əmirquliyevin növbəti həftə Bakıya qayıtması gözlənilir.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol