"Sumqayıt" böyük dəyişikliklərə hazırlaşır. Fanat.az xəbər verir ki, baş məşqçi Samir Abbasov postunda qalacağı halda heyətin böyük hissəsini yeniləmək niyyətindədi.
Abbasovun "qara siyahısı"na Aleksandr Çertoqanovla Pərdis Fərzad-Azad başçılıq edir. Baş məşqçi millimizin sabiq üzvlərindən narazıdı və fikirlərini rəhbərliyin diqqətinə çatdırıb.
Onlarla yanaşı, qapıçı Tural Abbaszadə, müdafiəçilər Rasim Ramaldanov, Eltun Yaqublu, Mikayıl Rəhimov, yarımmüdafiəçilər Ayaz Mehdieyv, Aqil Güləhmədov və Kənan Manafov kimi futbolçular da Abbasovun "qara siyahı"sına düşüb.
Fanat.az