Topaz Premyer Liqasının qalibi «Neftçi» mayın 19-da sonuncu turda «Bakı» ilə qarşılaşacaq. İdman24.az xəbər verir ki, həmin gün Premyer Liqanın qaliblərinin mükafatlandırılması da nəzərdə tutulub.
Matçdan dərhal sonra möhtəşəm atəşfəşanlıq, eləcə də konsert proqramı azarkeşləri gözləyir. Təqdimetmə mərasiminin xüsusi müğənni qonağı isə Röya olacaq.
Matç «Bakcell Arena»da (8-cikm stadionu) keçiriləcək və saat 20.30-da başlayacaq. Oyuna giriş pulsuzdu.
İdman24.az