Hazırlığı davam etdirən "Sumqayıt" bu gün "Kapitan Bank Arena"da növbəti məşqinə çıxıb.
Fanat.az xəbər verir ki, martın 30-da "Xəzər Lənkəran"la qarşılaşacaq Samir Abbasovun komandasında zədəli futbolçu yer almır. Sadəcə sarı vərəqə limitini dolduran Rasim Ramaldanov bu görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" oyunu saat 17.00-da start götürəcək.
Fanat.az