Özbəkistan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. Fanat.az xəbər verir ki, asiyalılar İordaniyanı qəbul edib.
Qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir qol vurublar - 1:1. İlk oyunda da eyni hesab qeydə alındığından əlavə vaxt təyin olunub. Əlavə vaxtda da qol olmayınca, qalibi penaltilər müəyyənləşdirib. Lakin özbəklər penalti seriyasında 8:9 hesabıyla uduzaraq, DÇ-yə çıxmaq şanslarını itiriblər.
Özbəklərin heyətində Premyer Liqamızda çıxış edən bir futbolçu da bu oyunun iştirakçısı olub. Bu, "Neftçi"də top qovan Bahodir Nasimovdu. Start heyətdə meydana çıxan "ağ-qaralar"ın forvardı 82-ci dəqiqədə əvəzlənib.
Fanat.az