Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qarabağ"ın qonağı olan "Rəvan" 1:5 hesabı ilə uduzdu. Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Bəhman Həsənov oyunla bağlı fikirlərini səsləndirib:
"Qarabağ”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Təbii ki, problemlərimiz var. Saşa Yunisoğlunun, Rəşad Əzizlinin zədəsi davam edir. Hücumçumuz Ceyhun da zədələndi. Bütün bunlar da problemlər yaradır. Primitiv səhvlər ucbatından qol buraxdıq. Rəqib çox güclüdü və layiqli qələbə qazandılar. Hazırda sonuncu yerdən qurtulmağa çalışırıq. Rəqiblər də gücldü. Nəyə etiraz edə bilərəm ki? Qorxaq futbol da oynamadıq. İkinci hissədə də itirəcək bir şeyimiz yox idi.
"Xəzər Lənkəran” bizim tək və danılmaz rəqibimizdi. Biz onlardan başqa heç kimi keçə bilmirik. "Sumqayıt” da uzaqlaşdı getdi. AZAL da çox xal qazandı. Mən udmaq istəyirəm. "Xəzər Lənkəran”ın xallarının silinməsini inam yoxdu. Onlarda da yaxşı futbolçular var. Bizim futbolçulardan da Lənkəran klubuna gedənlər oldu. Bilirsiz problem nədədi? Problemi görüb və onun qarşısını almamaqda".(Futbolinfo.az)
Fanat.az