Mayın 29-dan iyunun 5-dək Fransanın Lans və Lill şəhərlərində təşkil olunacaq Avropa məktəbli turnirinin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, turnirdə 22 ölkənin komandası çıxış edəcək.
Azərbaycanı turnirdə “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2014/15 mövsümün qalibi olmuş Səbail rayonundakı 163 saylı orta məktəbinin komandası təmsil edəcək. Təmsilçimiz A qrupunda Türkiyə, İngiltərə, Bolqarıstan, Fransa və Hollandiya komandaları ilə mübarizə aparacaq.
Fanat.az